Menu

«O, dəhşətli səhv buraxıb...» - Tramp

16.01.2017, 15:31

donald-tramp-1AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının yeni Prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkelin miqrasiya siyasətini tənqid atəşinə tutub. O, deyib ki, Merkel qeyri-leqal miqrantları Almaniyaya buraxmaqla, dəhşətli səhv buraxıb. Yeni Prezident bu barədə «Times» qəzetinə danışıb.

«Mən hesab edirəm ki, o, bütün bu qeyri-leqalları qəbul etməklə, dəhşətli - çox pis səhv buraxıb. Amma heç kim bilmir ki, onlar haradan gəliblər» - deyə, Tramp qeyd edib.

Bununla yanaşı, yeni seçilmiş Prezident diqqətə çatdırıb ki, Merkel - «böyük liderdir».

Bundan başqa Tramp Amerikanın xarici siyasətini də tənqid edib. O, ABŞ-n İraqa soxulmasını «tarixdə qəbul olunmuş qərarların ən pisi» adlandırıb. Yeni Prezident bu qərarı «ayının yuvasına daş atmaq» adlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol