Menu

Tramp Aİ sədri ilə Avropa Komissiyasının rəhbərini səhv salıb

16.01.2017, 16:27
Tramp Aİ sədri ilə Avropa Komissiyasının rəhbərini səhv salıb

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp "Bilq" qəzetinə müsahibəsi zamanı Avropa İttifaqının (Aİ) sədri Donald Tuskla Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkeri səhv salıb.

Trend-in məlumatına görə, D.Tramp müsahibəsində belə deyib: "Mən Avropa İttifaqının rəhbəri ilə danışdım". Bu an müxbir dəqiqləşdirmək istəyib: "Cənab Yunkerlə?" Yeni Prezident cavabında bildirib: "Bəli. O məni qələbə münasibətilə təbrik etmək üçün zəng etdi".

"Welt" qəzeti isə yazır ki, D.Trampla J.Yunker arasında telefon danışığı olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol