Menu

Dollarla kredit problemi - Hökumət deputatların təklifinə niyə cavab vermir?

17.01.2017, 12:34

Vahid_Ehmedov1465308874Milli valyuta hər gün yumşaq devalvasiyaya uğramaqla bir az daha ucuzlaşır. Dollarla kredit götürmüş vətəndaşların ödəniş haqqı da elə yumşaq şəkildə artmaqda davam edir. Belə ki, Mərkəzi Bankın yanvarın 17-nə açıqladığı USD/AZN rəsmi məzənnə 1,8045 səviyyəsində müəyyən olunub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, həmkarı Əli Məsimli ilə birlikdə hazırladığı 14 səhifəlik təklifə hökumət tərəfindən cavab verən yoxdur:

“Hələlik hökumət bu təkliflərə nə müsbət cavab verib, nə rədd edib, nə də həlli barədə qərar verib. Amma gec-tez bu məsələ öz həllini tapmalıdır. Əks təqdirdə problemli kreditlərin həcmi durmadan artacaq. Çünki dolların məzənnəsi hər gün bir az daha da bahalaşır. Bu prosesi saxlamaq qeyri-mümkündür”.

V.Əhmədov bildirib ki, insanlara imtiyazlar səviyyəsində güzəştə gedilməsi həm bank sisteminin sağlamlaşdırılmasına, həm də vətəndaşın sosial vəziyyətinin yaxşılaşdırılmasına səbəb olar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol