Menu

Xırdalanda avtomobil 39 yaşlı kişini vuraraq öldürüb

17.01.2017, 19:54

qeza piyadaAbşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Abşeron Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün rayonun Xırdalan şəhərində "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1978-ci il təvəllüdlü Muxtarov Aydın Sərdar oğlunu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol