Menu

Nigeriya ordusu səhvən qaçqın düşərgəsini bombalayıb - Azı 100 nəfər ölüb

17.01.2017, 23:49

Esger-nigeriyaNigeriya Hərbi-Hava Qüvvələrinin səhvən qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində azı 100 nəfər ölüb.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, hökumət, “Boko Haram” terror qruplaşmasının mövqelərinə endirilməsi planlaşdırılan aviazərbənin səhvən qaçqın düşərgəsinə endirildiyini etiraf edib.

Ölənlər arasında “Sərhədsiz həkimlər” və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin də olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol