Menu

Tramp inauqurasiyanı boykot edənlərə səsləndi - "Biletləri qaytarın!"

18.01.2017, 10:36

trump_tramp_volstrit-640x320ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp bəyan edib ki, onun inauqurasiyasını boykot etməyə qərar verənlər biletləri qaytarmalıdır.

Trend-in məlumatına görə, D.Tramp "Fox News" telekanalına müsahibəsində bildirib: "İnauqurasiyaya gəlməyəcək şəxslərlə bağlı məsələ normaldır, çünki bizə biletlər çox lazımdır. Ümid edirəm ki, onlar bizə biletlərimizi qaytaracaqlar".

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının Demokrat Partiyasından olan 30-dan çox üzvü yanvarın 20-də D.Trampın andiçmə mərasimini boykot etmək planlarının olduğunu açıqlayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol