Menu

"ABB-Moskva"ya yeni rəhbər təyin olundu

18.01.2017, 16:43
"ABB-Moskva"ya yeni rəhbər təyin olundu

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) Rusiyadakı törəməsi olan "ABB-Moskva"nın Müşahidə Şurasına yeni sədr təyin olunub.

"APA-Economics"in əldə etdiyi məlumata görə, bu vəzifəyə Zaur Qaraisayev təyin olunub.

Bu təyinatadək Z. Qaraisayev "Bank of Baku" ASC-nin İdarə Heyəti sədrinin müavini olub. "Bank of Baku"nun İdarə Heyətinin sədri Abbas İbrahimov ABB-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alandan sonra bu vəzifəni müvəqqəti olaraq Z. Qaraisayev icra edirdi.

Z. Qaraisayev yeni vəzifəsində Elmir Həbibullayevi əvəzləyib. E. Həbibullayev hazırda ABB-nin İdarə Heyəti sədrinin müavinidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol