Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə əlaqədar gözaltına alınan daha 2 polis məmuru barəsində həbs qərarı çıxarılıb.Virtualaz.org-un “Anadolu”ya istinadən məlumatına görə, onlar terror təşkilatına üzv olmaqda ittiham edilirlər.
Yeri gəlmişkən, həbs olunanlardan biri "FETÖ İŞİ"nə görə saxlanılan polis əməkdaşı Sercan Başardır.
Bütovlükdə Türkiyə paytaxtının prokurorluğu sui-qəsddə iştirakı şübhə doğuran bir neçə nəfəri dindirib.
Belə ki, müstəntiqlər S.Başarla yanaşı sahibkar Enes Asim Silini, vəkil Sərkanı, polis əməkdaşı T.Həsəni və ali məktəb müəllimi Ş.Əbdülkadiri də sorğu-sual ediblər.


Şərhlər