Menu

Qar uçqunu oteli ağuşuna aldı! 

19.01.2017, 16:55
Qar uçqunu oteli ağuşuna aldı! 

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Mərkəzi İtaliyada baş vermiş qar uçqunu nəticəsində otel qar qalağının altında qalıb.

Binada 20 nəfərin, o cümlədən, uşaqların qar qalağına «girov» düşdüyü bidirilir. Onların telefonu zənglərə cavab vermir. Son məlumatlara görə, xilasedicilər artıq otel binasına yaxınlaşa biliblər. Ancaq hava şəraitinin əlverişsiz olması xüsusi texnikanı tətbiq etməyə imkan vermir.

Qar uçququ silsilə yeraltı təkalar törədib. Hadisə bu gün səhər saatlarında baş verib. Bəzi rayonlarda qar ortüyünün qalınlığı 1-2 metrə çatır. Qarın təmizlənməsi əməliyyatlarına əlavə qüvvələr, o cümlədən, hərbçilər də cəlb olunub.

Verilən son məlumatlara görə, hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşları işləyirlər və artıq «Rigopiano di Farindola» otelinin uçuqları altından ilk qurbanların cəsədlərini çıxarmağa başlayıblar.

Qurbanların dəqiq sayı hələlik məlum deyil. Xilasedicilərin məlumatına görə, hadisə baş verən anda otel binasında 20-30 nəfər ola bilərdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol