Qarabağ qazilərinə ağır itki üz verib. Qarabağ müharibəsi könüllülərindən olan, «Abdal rotası»nın könüllü əsgəri, komaniri, Azərbaycan milli ordusunun ilk nizami hissələrindən biri - 836 saylı motoatıcı alayın tərkibindəki 2 saylı taborun komandiri olmuş Filman Abbasov dünyasını dəyişib.
Ordudan tərxis olunandan sonrakı dövrdə Filman Abbasov Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti Ağdam rayon şöbəsində çalışıb.
Dəyərli dostumuz və silahdaşımız Filan Abbasovun əziz xatirəsi hər birimizin qəlində əbədi yaşayacaq.
Rahat yat, qardaş! Sən, rəhməti sağlığında qazandın. Qoy məzarın, canından artıq sevdiyin doğma Ağdam günəşinin nuruna qərq olsun, Amin!
Dərin kədər hissi ilə
Şakir Ağayev (Mirzə AĞ)


Şərhlər