Xaçmaz rayonu, Qudyalçay qəsəbəsi sakini Mehrəliyev Niyaz Nizam oğlu "AzPolitika.info" saytına şikayət məktubu ünvanlayıb. 1-ci qrup əlil olan Mehrəliyev Niyaz Xaçmaz Rayon İcra Hakimiyyətindən narazıdır. Onun şikayətində deyilir:
"Hörmətli saytın rəhbəri! Xahiş edirəm mənim şikayətimi işıqlandırasınız, bəlkə kömək edən olar.
Mən 1-ci qrup əliləm. Müxtəlif xəstəliklərim (epilepsiya, ürək-damar, təzyiq , böyrək və sair xəstəliklər) var. Nəyə görə əlillərə fərq qoyulur? Mən vurulmamışamsa, imtiyazlardan məhrum olmalıyam? Bu düzgündür?
Mənim 3 azyaşlı övladım var, 140 manat təqaüd alıram. Buna iynə-dərman alım, yoxsa ailəmə baxım, bilmirəm. Mən müxtəlif instansiyalara müraciət etmişəm, lakin rədd cavabı almışam.
Mənim irad tutduğum şəxslərdən biri də Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Yetkin Mehmanovdu. O, tamamilə öz funksiyasının nədən ibarət olduğunu yadından çıxarıb. Mən müalicəm üçün kömək istədim. Amma dedilər ki, kömək etmək bizlik deyil. Daha hara deyim, bilmirəm. Əlaqədar orqanlardan xahiş edirəm mənə kömək etsinlər".


Şərhlər