Menu

"Əl-Qaidə" liderlərindən biri öldürüldü

20.01.2017, 09:53
"Əl-Qaidə" liderlərindən biri öldürüldü

ABŞ Hərbi Hava Qüvvələri yanvarın 17-də Suriyanın İdlib şəhərinə endirilən dəqiq zərbə nəticəsində "Əl-Qaidə" terror təşkilatının liderlərindən biri olan Məhəmməd Həbib Bossadun əl-Tunisini məhv edib.

"Report" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk məlumat yayıb.

Onun sözlərinə görə, Əl-Tunisi terrorçuların Qərbdəki hədəflərə qarşı hücumların həyata keçirilməsi üzrə planları ilə əlaqəli olub. Terrorçu Suriyaya 2014-cü ildə gəlib. Bunadək isə o, bir neçə il Avropa və Yaxın Şərq ölkələrində yaşayıb və digər ekstremistlərlə əlaqədə olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol