Menu

Hökumət qüvvələri terrorçuların hərbi bazasını məhv ediblər

15.05.2014, 12:48
Hökumət qüvvələri terrorçuların hərbi bazasını məhv ediblər

Ukraynada hökumət qüvvələri terrorçuların Kramatorsk şəhəri yaxınlığındakı hərbi bazasını məhv ediblər.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu bu gün Ali Radada çıxışı zamanı prezidentin səlahiyyətlərini icra edən, parlament sədri Aleksandr Turçinov bəyan edib.

O bildirib ki, gecə saatlarında həmçinin Slavyansk yaxınlığındakı ərazi terrorçulardan təmizlənib. Söhbət Slavyansk, Kramatorsk və Donetsk vilayətinin digər rayonlarına teleyayımı həyata keçirən teleqüllənin ətrafındakı 5 kilometrlik zonadan gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol