Menu

Saakaşvilinin partiyası Tiflisdə qurultay keçirir - 7 min nümayəndə qatılıb (FOTOLAR)

20.01.2017, 17:36

Gürcüstanda Vahid Milli Hərəkat Partiyasının VII qurultayı keçirilir

234599154

Tiflisdəki İdman Sarayında Vahid Milli Hərəkat Partiyasının VII qurultayı keçirilir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirin açılışında dövlət himni səsləndirilib. Qurultayı parlamentin keçmiş deputatı Petre Tsiskarişvili açıq elan edib.

Qurultaya 7 min nümayəndə qatılıb. Tədbirdə Gürcüstanın sabiq xarici işlər naziri Qriqol Vaşadze də iştirak edir. Tədbirə qatılanlar arasında hərəkatın lideri, sabiq prezident Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs, anası Giuli Alasaniya da var.

Tədbir çərçivəsində Mixail Saakaşvili Vaşinqtondan qurultay iştirakçılarına müraciət edib.

Tədbirdə çıxış edən partiya liderlərindən biri Nino Kalandadze bu gün partiya üzvlərinin Gürcüstanın müstəqilliyi kursuna sadiq qaldıqlarını bildirib.

Hazırda həbsdə olan hərəkatın baş katibi Vano Merabişvilinin yenidən bu posta seçiləcəyi bildirilib.

Qurultayda qeyd olunub ki, tədbirdə partiya sədri seçilməyəcək. M. Saakaşvili partiyanın dəyişməz lideri olaraq qalacaq.

7d4785326d3d4b8ecad19e15e8ddff21 b5b191cd8b299320e95595f321e42ce2

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol