Xəbər verildiyi kimi yanvarın 19-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və üzdəniraq «Ermənistan Respublikası»nın xarici işlər naziri (Fransalı Edvard - M.A.) Edvard Nalbandyan Moskvada görüş keçirərək, Dağlıq Qarabağ münaqişəsinin «nizamlanması» məsələlərini «müzakirə» ediblər.
Mövcud rüsvayçı təcrübədən çıxış edərək, düşünürəm ki, görüş zamanı tərəflər həmişə olduğu kimi bu dəfə də müqaşiqənin nizamlanması mövqeyindən uzaq olublar və problem ətrafında yalnız «qardaşyana-xaçyana» məsləhətləşmələr aparıblar. Daha doğrusu, problemlə bağlı gələcəkdə özünü necə aparmalı olduğu barədə Lavrov-Kələntərov Nalbandyana məsləhətlər verib və onu hərtərəfli dəstəkləyəcəyini bir daha dilə gətirib. Başqa sözlə, «Ara, ürəkli olun!» deyib.
Bundan bir müddət əvvəl isə 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfranslarından birində Lavrov-Kələntərov demişdi ki, guya, Qarabağ münaqişəsinin nizamlanması Azərbaycanın daxili işi deyil.
Əcəba, bunu necə başa düşək? Görəsən, cənab Lavrov-Kələntərov bu bəyanatını nə ilə əsaslandırmaq niyyətindədir və ya heç zəhmət çəkib əsaslandırmaq barədə düşünmür də? Nədən ki, Lavrov-Kələntərov Rusiyanın xarici işlər naziridir. Bu dövlətin əlində isə NÜVƏ SİLAHI var və dünyanı bu silahla təhdid edir! İstisna deyil...
Digər bir nəzəri-mümkün variant da var. Məsələn, Rusiya və Azərbaycan KİV-nin yaymış olduğu məlumatlardan bilirik ki, Lavov erməni mənşəlidir. O, özü bu etiraf edib: «Damarlarımda erməni qanı axır...». Digər tərəfdən, Lavrov-Kələnərov Rusiyanın xarici siyasətinin daşıyıcısıdır. Görünür o, erməni olduğu qədərində də özünü Dağlıq Qarabağ məsələsinə aidiyyətli hesab edir və öz varlığı ilə bu problemi Rusiyanın siyasət mətbəxinə «soxuşdurur». Bu da istisna deyil...
Belədə, Dağlıq Qarabağ probleminin həlli məsələsində Rusiyanın vasitəçilik (həmsədrlik) missiyası avtomatik olaraq, şübhə altına düşmüş olur. Hesab edirəm ki, Azərbaycan tərəfi bu məsələ barədə düşünməli və Rusiyanın vasitəçilik missiyasına yenidən baxılması üçün cəhdlər göstərməlidir. Yoxsa ki, Rusiya gerçəkdən də Dağlıq Qarabağı həm də de-yure üzdəniraq Ermənistan Respublikasına «yamaq edəcək», üzdəniraq Ermənistan isə əbədi olaraq, «Rusiyanın arxasınca it quyruğu kimi sürünəcək!».
Qayıdaq Lavrov-Kələntərovun «Dağlıq Qarabağ nizamlanması Azərbaycanın daxili işi deyil» səciyyəli harın-həyasız bəyanatına. Xeyli orijinal situasiyadır. Düşünməmək olmur - bu dığaya necə cavab verəsən? Xeyli fikirləşəndən sonra, bunun analoqunu tapdım.
Rusiya KİV-nin yaydığı bir məlumatda deyilir ki, bu günlərdə «Rosneft» şirkətinin mətbuat katibi Mixail Leontyev «Dojd» telekanalının jurnalisti tərəfindən verilən sualı şərh etməyib - ona xeyli «orijinal» və qısa-lokanik bir cavab verib: «Proydite, pojaluysta, v j..u…».
Düşünürəm ki, Lavrov-Kələntərova bundan layiqli cavab düşünüb tapmaq bəlkə də mümkün deyil. Odur ki, «Rosneft» sözçüsünün təbiri ilə Lavrov-Kələntərova bir ismarıc göndərmək istəyirəm: «Şondıqa, proydite, pojaluysta, v j..u!»
Bax belə...
Mirzə AĞ
AzPolitika.info


Şərhlər