Menu

 Ərdoğan somalı etirazçını şillələdi – Video

15.05.2014, 14:44
 Ərdoğan somalı etirazçını şillələdi – Video

Baş nazir Ərdoğan Somada baş verən faciəyə görə etiraz aksiyası keçirən sakinlərdən birinə şillə atıb.

“Axar.az” xəbər verir ki, hadisə Türkiyənin Baş naziri Ərdoğanın dünən faciənin baş verdiyi Somada vətəndaşların etirazlarından qorunmaq üçün bir marketə sığındığı vaxt baş verib və bu olay kameralara düşüb.

Bu gün həmin anın videosu yayımlanıb. Video çox geniş müzakirələrə səbəb olub və Baş nazirin dərdli insanların etirazına bu reaksiyası qınanılıb.

Xatırladaq ki, Somada kömür mədənində baş verən partlayış nəticəsində 300-ə yaxın mədənçi həlak olub. Hadisə yerinə gedən Ərdoğanı etirazçılar ciddi narazılıqla qarşılayıblar, hətta Baş nazirə daş da atılıb.

Videonu təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol