Menu

Minimum aylıq əməkhaqqı artırıldı

21.01.2017, 13:35
Minimum aylıq əməkhaqqı artırıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncam imzalayıb. “Report” xəbər verir ki, minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 31 avqust tarixli 3112 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 992) 1-ci hissəsi ləğv edilib.

Bu, minimum əməkhaqqının 11 manat (10,5 faiz) artımı deməkdir.

Xatırladaq ki, indiyədək minimum əməkhaqqı 105 manat olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol