Azərbaycan Müdafiə Nazirliyində daha bir kadr təyinatı olub. APA-nın məlumatına görə, general-mayor Elbrus Orucov Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinə rəis təyin olunub.
E. Orucov bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrinin Özbəkistan və Gürcüstandakı hərbi attaşesi vəzifəsində xidmət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin əvvəlki rəisi, general-mayor Eyvaz Cəfərov ötən ilin sonlarında Baş Qərargah rəisinin 1-ci müavini təyin olunub.
AzPolitika.info xatırladır ki, E.Orucov Azərbaycan Silahlı Qüvvələrinin ən ləkəli generallarından biridir. Dağlıq Qarabağdakı bir sıra uğursuz əməliyyatların, həmçinin xəyanətlərin günahkarı kimi onun adı çəkilib. E.Orucov eyni zamanda Rusiyameyilli generallardan biri hesab olunur.
Belə bir generalı MN-də yüksək vəzifəyə gətirən Zakir Həsənovun niyyətini anlamaq çətindir.
V.Nəsibov



Şərhlər