Menu

Dövlət sərhədində Ermənistana məxsus PUA məhv edilib

22.01.2017, 14:59

Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün gündüz saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol