Menu

Gizli şəkildə basdırılmış 56 insanın qalıqları aşkarlandı

23.01.2017, 09:13
Gizli şəkildə basdırılmış 56 insanın qalıqları aşkarlandı

Meksikanın ekspertləri ölkənin şimalındakı Nuevo-Leon ştatında gizli şəkildə basdırılmış 56 nəfərin qalıqlarını aşkarlayıb.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə region prokurorluğu məlumat yayıb.

Məlumata görə, cinayətkar qruplaşmalardan biri tərəfindən salınmış gizli qəbristanlıq Qarsia bələdiyyəsi ərazisində, ştatın paytaxtı Monterre şəhəri yaxınlığında müəyyən edilib.

Onlardan 24 cəsədin şəxsiyyəti DNK analizləri nəticəsində müəyyənləşdirilib. Hazırda dövlət orqanları qalıqları onların yaxınlarına təhvil verirlər.

Cəsədlərin çoxu 2010-cu ildə itkin düşmüş şəxslərə məxsusdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol