Menu

Amerikalı fəallar Trampa qarşı iddia qaldırırlar! - Konstitusiyanı pozduğuna görə

23.01.2017, 14:22

donald-trampAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, amerikalı fəallar ölkə Konstitusiyasının tələblərini pozduğuna görə Prezident Donald Trampa qarşı iddia irəli sürmək niyyətindədirlər. Onların fikrincə, öz şirkətlərini satmayan Prezident bu şirkətlər vasitəsilə bağlanmış müqavilələr əsasında xarici dövlətlərdən gəlir əldə edir.

İddianı Nyu-Yook məhkəməsinə «Citizens for Responsibility and Ethics in Washington» (CREW) təşkilatı irəli sürməyi planlaşdırır. İddiada deyilir ki, Tramp Konstitusiyanın ona xarici dövlətlərdən pul və qiymətli əşyalar almağı qadağan edən maddəsinin tələbini pozur.

«Biz, işin bu yerə çatmasını istəmirdik. Biz ümid edirdik ki, Prezident Tramp öz postunu tutmazdan əvvəl Konstitusiyanın tələblərinin pozulmasından qaçmaq üçün lazımi addımları atacaq. Bu, Konstitusiyanın çox ciddi pozuntusudur. Odur ki, biz hüquqi müstəvidə fəaliyyətə baş vurmağa məcbur olduq» - deyə, iddia müəllifləri qeyd edirlər.

Prezidentə qarşı qaldırılacaq bu iddianın mahiyyəti ondan ibarətdir ki, Tramp öz şirkətlərinin rəhbərliyindən getsə də vəzifəsinin icrasına başlamazdan əvvəl öz aktivlərini satmayıb. İddiaçıların fikrincə Tramp öz korporasiyasından gəlir əldə edir, korporasiya isə xarici dövlətlərlə iş birliyində olur. Bu isə ölkənin Ali qanununun pozulması deməkdir.

Yanvarın 11-də Trampın vergilər üzrə müşaviri Şeri Dillon keçirdiyi mətbuat konfransında bu məsələ barədə ətraflı danışıb. Müşavir xanım bildirib ki, Tramp «Trump Organization»-la bütün əlaqələrini kəsir: «Şirkətin idarəçiliyindən tamamilə imtina, xarici dövlətlərlə sövdələrin olmaması, sövdələrin etika üzrə mütəxəssis tərəfindən bəyənilməsi, informasiya məhdudiyyəti - bütün bunlar Trampın prezidentliyi ilə «Trump Organization»nu bir-birindən ayırmağa kömək edəcək və bütün diqqəti ölkənin idarəçiliyinə cəmləşdirməyə imkan verəcək».

Bildirək ki, Tramp öz şirkətinə rəhbərliyi iki oğluna ötürüb - Erikə və Dona. Milyader şirkətini satmağı məqsədəuyğun hesab etmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol