Menu

14 yaşlı qızını boğaraq öldürən anaya 11 il həbs cəzası verildi

23.01.2017, 15:18

mehkeme-chekic-mehkeme-logoBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Züleyxa Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Z. Cəfərova 11 illik həbs cəzası verilib.

Qeyd edək ki, ötən il avqustun 3-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan Züleyxa Cəfərova evində münaqişə zəminində 14 yaşlı qızı Ehsanə Cəfərovanı yaylıqla boğaraq öldürüb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Cəfərova tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol