Menu

Bu ölkədə inflyasiya 800 faizə çıxdı

23.01.2017, 19:50

Venezuela's presidential candidate Nicolas Maduro sings during a campaign rally in Caracasİqtisadi baxımdan çətin günlər keçirən Venesuelada inflyasiya faizi 800%-ə yüksəlib.

"Marja" xəbər verir ki, Venesuelada mərkəzi bankı tərəfindən yayımlanmış ilkin məlumatlara görə, 2016-ci ildə istehlakçı qiymətləri 800 faiz artıb, iqtisadiyyat 18.6 faiz geriləyib.

 İNFLYASİYA REKORDU

Venesuela dünyanın inflyasiya rekordunu əlində saxlayır. Onun ardınca 479%-lə Cənubi Sudan gəlir. İnflyasiyanın ən yüksək olduğu üçüncü ölkə isə  55,5%-lə Surinamdır.

 NEFTİN UCUZLAŞMASI İQTİSADİYYATI VURDU

Neft qiymətlərində baş verən uzunmüddətli geriləmə Venesuelanın son 13 ilin ən yüksək iqtisadi geriləməsini və tarixinin ən yüksək inflyasiyasını yaşamasına səbəb olub.

 RƏQƏMLƏRLƏ VENESUELA İQTİSADİYYATI

İnflyasiya: 800 faiz

Faiz: 22,48 faiz

İşsizlik nisbəti: 7,3 faiz

Borç/milli gəlir: 49,8 faiz

Məzənnə: 1 dollar 10 Bolivar

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol