Menu

CHP-li millət vəkili infarkt keçirib öldü

16.05.2014, 09:24
CHP-li millət vəkili infarkt keçirib öldü

Bu gecə Türkiyə Böyük Millət Məclisinin Plan və büdcə komitəsinin üzvü, Cümhuriyyət Xalq Partiyası (CHP) İstanbul Millət vəkili Ferit Mevlüt Aslanoğlu dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, CHP-li millət vəkili Mevlüt Aslanoğlunun infarkt keçirərək öldüyünü həmkarı Süleyman Çələbi "Twitter" hesabından açıqlayıb.

"Canım qardaşım, dostum, yoldaşım, CHP-nin İstanbul millet vəkili olmuş Ferit Mevlüt Aslanoğlunu itirdik. Kədərimiz böyükdür", deyə Süleyman Çələbi yazıb.

Qeyd dək ki, Ferit Mevlüt Aslanoğlu 1952-ci il fevralın 1-də Malatyada doğulub. Evli idi və 2 övladı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol