Menu

Xızıda avtomobil aşıb, 2 nəfər ölüb

24.01.2017, 12:07

qeza-yol-nishaniXızı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xızı-Giləzi yolunda “Mercedes” markalı avtomaşın yoldan çıxaraq aşıb. Nəticədə ümumilikdə 6 nəfər xəsarət alıb.

Xızı rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, iki nəfər aldığı xəsarətdən ölüb. Xəsarət alan digər şəxslər Xızı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan 3-ün kimliyi müəyyənləşdirilib. Bunlar Bakı şəhəri, Biləcəri qəsəbəsi sakinləri -1979-cu il təvəllüdlü Allahverdiyev Eldəniz Əlyar oğlu, 1964-cü il təvəllüdlü Nəzərov Əfqan Mirzəağa oğlu və 1992-ci il təvəllüdlü Asim Çingiz oğludur. Müvafiq tibbi yardımdan sonra həmin şəxslər Sumqayıtda yerləşən tibb müəssisələrindən birinə aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, yanvarın 23-də saat 22. radələrində Xızı rayonunun Giləzi qəsəbəsində Bakı şəhər sakini Bəhməniyar Məmmədqasımovun idarə etdiyi "Mercedes" markalı avtomobil aşıb. Nəticədə onun sərnişinlərindən Elçin adlı şəxs hadisə yerində ölüb, özü və 4 sərnişini xəstəxanaya yerləşdirilib. B. Məmmədqasımov isə xəstəxanada ölüb.

Faktla bağlı Xızı rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol