Menu

Bakının iki mərkəzi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

16.05.2014, 10:24

Bakının daha iki mərkəzi yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verilib.

Onun sözlərinə görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dən etibarən, Mikayıl Müşviq küçəsində (Qurd qapısı adlanan ərazindən Nərimanov prospektinə qədər olan hissəsinə) nəqliyyat vasitələrinin hərəkəti qismən, Hüseyn Cavid prospektində isə saat 22:00-dan tam məhdudlaşdırılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol