Menu

"Sultan Suleyman" göz yaşlarına boğuldu - FOTO

16.05.2014, 11:35
"Sultan Suleyman" göz yaşlarına boğuldu - FOTO

Halit Ergençin anası İnci Aliye Yüceışık ötən gün son mənzilə yola salınıb

Türkiyə eləcə də digər ölkələrdə sevilərək izlənilən seriallardan biri olan "Möhtəşəm yüzyıl” serialının Sultan Süleymanı Halit Ergençin anası İnci Aliye Yüceışık ötən gün son mənzilə yola salınıb.

ANS PRESS-in məlumatına görə, aktyorun uzun müddətdir xəstəlikdən əziyyət çəkən anası bu gün günorta saatlarında torpağa tapşırılıb. Halit Zinçilkuyuda məscidində başsağlığı vermək üçün gələnləri həyat yoldaşı Berguzar Korel ilə qarşılayıb. Aktyorun bu ağrılı və çətin günündə sənət yoldaşları tək qoymayıblar. Onların sırasında Timur Savcı, Kənan İmirzalıoğlu, Burak Özçivit, Sinəm Kobal, Aras Bulut İynemli, Mete Horozoğlu və digər məşhur sənətçilər olub. Anasını son mənzilə yola salan aktyor göz yaşlarına hakim ola bilməyib.

Məşhur müğənni Gülbən Ergen kimi bəzi sənətçilər isə gələ bilmədiklərinə görə gül çələngi göndəriblər. Halit Erginçin meneceri müsahibəsi zamanı bildirib ki, İnci Aliye Yüceışık uzun müddətdir müalicə olunurdu, sonda isə nəfəs çatışmamazlığından vəfat edib.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol