Menu

Silahlı qrup mehmanxanaya hücum etdi

25.01.2017, 11:41
Silahlı qrup mehmanxanaya hücum etdi

Somali paytaxtı Moqadişoda bir qrup silahlı minalanmış avtomobillə mehmanxanaya hücum edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ölkənin polis orqanının nümayəndəsi bildirib.

İnformasiyaya əsasən, silahlılar hotelin qapılarını minalanmış avtomobillə dağıdaraq içəri daxil olublar və atəş açmağa başlayıblar.

Hadisə nəticəsində ölən və ya xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yayılmayıb.

Bölgədə fəaliyyət göstərən silahlı qruplaşmalardan heç biri silahlı hücumun məsuliyyətini üzərinə götürməyib.

Xəbərdə bildirilib ki, Moqodişoda adətən belə hücumları “Aş-Şabab” terrorçu qruplaşmanın silahlıları törədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol