Menu

Türkiyə Suriyada daha bir şəhid verdi

25.01.2017, 21:02
Türkiyə Suriyada daha bir şəhid verdi

Suriyanın Əl-Bab şəhəri uğrunda İŞİD terrorçuları ilə davam edən döyüşlərdə Türkiyə ordusu daha bir şəhid verib.Virtualaz.org Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına istinadən xəbər verir ki, Türkiyə ordusunun daha beş əsgəri yaralanıb.

“Bu gün təminən saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da) Əl-Bab yaxınlığında İŞİD terrorçuları ilə döyüşdə bir silahdaşımız şəhid olub, daha beş hərbçimiz yaralanıb. Yaralılar dərhal xəstəxanaya aparılıblar”, - məlumatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol