Menu

"Sahib Mirzəyevin Çexiyada mənzili yoxdur" - DİN-dən açıqlama

26.01.2017, 10:31
"Sahib Mirzəyevin Çexiyada mənzili yoxdur" - DİN-dən açıqlama

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Ehsan Zahidov “Azpolitika.info” saytında dərc olunmuş "KARLOVI VARIDA MƏNZİLİ OLAN MƏŞHURLARIMIZ – Şeyx, general, deputat…" sərlövhəli yazıya münasibət bildirib.

Ehsan Zahidov “AzPolitika.info”ya göndərdiyi açıqlamasında yazır:

"DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin Çexiyanın kurort şəhərciyi Karlovı Varıda ev alması barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir. Düzdür, qeyd olunan ünvandakı daşınmaz əmlak Sahib Mirzəyev ad-soyadlı bir azərbaycanlıya məxsusdur. Görünür, xəbəri hazırlayanlar da onun general Sahib Mirzəyev olduğunu zənn ediblər və nəticədə də anlaşılmazlıq yaranıb. . Daha dəqiq olsun deyə, onu da bildirim ki, Çexiyadakı Koptova 1191/5, 360 01 Karlovy Vary ünvanında yerləşən həmin evin sahibi 1946-cı ildə (71 yaşlı) Bakı şəhərində anadan olmuş, 2001-ci ildən (16 il) Çexiyanın Karlovı Varı şəhərində daimi yaşayan Mirzəyev Sahib Güləli oğludur."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol