Menu

"Linkolnun yatağında yatmaq xoşdur" - Tramp Ağ Evdəki həyatından danışdı

26.01.2017, 10:39
"Linkolnun yatağında yatmaq xoşdur" - Tramp Ağ Evdəki həyatından danışdı

ABŞ prezidenti Donald Tramp "New York Times" qəzetinə müsahibəsində Ağ Evdə keçirdiyi günlərindən danışıb.

Trend-in məlumatına görə, cəmi bir neçə gündür vəzifəsinin icrasına başlayan D.Tramp bildirib ki, onun daha çox telefon aparatları və bir vaxtlar Avram Linkolnun yatdığı yataq otağı xoşuna gəlib: "Buranı daha çox sevirəm, burada tarix yaşayır".

O bildirib ki, Ağ Evdə Dairəvi kabineti və Con Kennedi, Ronald Reyqan, Bill Klinton və Barak Obamanın arxasında işlədiyi yazı masasını bəyənib.

D.Tramp vurğulayıb: "Telefonlar həyatımda gördüyüm ən gözəl aparatlardır. Ən təhlükəsiz sistemlə işləyirlər. Məşvərətçilərimin etirazlarına baxmayaraq, mən özümün köhnə "Android" telefonumdan istifadə edirəm, elə onunla Twitter-də yazıram."

Səhərlər saat 6-dan öncə qalxdığını, xəbərlər proqramını izlədiyini deyib. Qəzetləri oxumaqla vaxt keçirdiyini, kitab isə heç oxumadığını deyib. O, saat 9-da köməkçiləri ilə işə başladığını deyib.

Onun sözlərinə görə, həyat yoldaşı Melaniya və oğlu Berron artıq Ağ Evi tərk ediblər, çünki oğlu builki tədris ilini Nyu-Yorkdakı məktəbdə bitirməlidir. İnauqurasiyadan sonra qızı İvanka da həyat yoldaşı ilə onu tərk edib öz evlərinə gediblər.

O, fevralın əvvəlində Floridadakı malikanəsinə getməyi düşündüyünü bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol