Menu

Bir ildə Azərbaycanla bağlı 50 qərar

26.01.2017, 17:26

avropa mehkemesiAvropa İnsan Haqları Məhkəməsi (AİHM) 2016-cı ildə Azərbaycanla bağlı 50 qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə AİHM-ın “2016-cı il ərzində fəaliyyətin icmalı” illik hesabatında bildirilir.

İcmalda yer alan məlumata əsasən, ötən il ərzində AİHM-ə Azərbaycan üzrə 333 ərizə təqdim olunub. Onların 136-sı qəbul olunmayıb, 50-si üzrə isə qərar çıxarılıb.

2016-cı ildə 164 iş Azərbaycan hökuməti ilə kommunikasiya mərhələsində olub.

Qeyd edək ki, Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına 2001-ci ilin yanvarında qoşulub. İlk iş 2006-cı ildə qəbul olunub. 2016-cı il 31 dekabr tarixinə olan məlumata görə, bütün dövrlər ərzində Azərbaycandan AİHM-ə 1662 ərizə daxil olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol