Türkiyə kubokunda qrup mərhələsinin oyunlarına yekun vurulub.
Qol.az-ın məlumatına görə, son olaraq keçirilən “Kayserispor” – “Beşiktaş” matçından (1:1) sonra 1/8 final mərhələsinin bütün cütlükləri bəlli olub.
Bu mərhələnin ən maraq doğuran oyunu əzəli rəqiblər - “Beşiktaş” və “Fənərbağça” arasında olacaq. Bu oyunu erkən final da adlandırmaq olar.
"Qalatasaray" isə hazırda superliqanın lideri olan "Başakşəhər"lə qarşılaşacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları 4-5 fevral tarixində keçiriləcək.
Türkiyə kuboku, 1/8 final
“Şanlıurfaspor” – “Rizəspor”
“Kasımpaşa” – “Osmanlıspor”
“Gənclərbirliyi” – “Kayserispor”
“Beşiktaş” – “Fənərbağça”
“Tuzlaspor” – “Sivasspor”
“Başakşəhər” – “Qalatasaray”
“Akhisar” – “Gümüşhanespor”
“Konyaspor” – “Ümraniyespor”


Şərhlər