Menu

Aydın Əliyevə general-polkovnik rütbəsi verilib

27.01.2017, 18:07

aydin_eliyevAzərbaycan prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əli oğlu Əliyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib.

Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi Salayev Baba Hacı-Baba oğlu və Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi Hüseynov İsmayıl Xəlil oğlu isə gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol