Menu

Putinə qeyri-adi ayama «düzəldiblər»

27.01.2017, 20:40
Putinə qeyri-adi ayama «düzəldiblər»

«Mən sizi «Perpetuum Mobile» adlandırıram…

Rusiya Prezidenti Vladimir Putin Adıgeyin sabiq başçısı Aslan Txakuşinovla görüşür. Dövlət başçısı etiraf edir ki, sambo və dzüdo ilə məşğul olmaq yüksək iş ahəngini saxlamaqda ona kömək edir. Eks-qubernator isə onu «Perpetuum Mobily» («daimi mühərrik») adlandırır.

Keçmiş məmur təəccübünü ifadə edib ki, bu qədər «yük»ü çəkmək prezidentə necə müyəssər olur? «Mən sizi «Perpetuum Mobile» adlandırıram, yəni hər zaman, hər yerdə olan insan» - deyə, Txakuşinov öz fikrini irəli sürüb:

«Bu, görünür, sambonun, dzüdonun işidir?».

«Düzdür» - deyə, Putin təsdiqləyib.

Rusiyanın 64 yaşlı Prezidenti gerçəkdən də əla fiziki formadadır. Vladimir Putin erkən uşaqlıq dövründən idmanın müxtəlif növləri ilə məşğul olur. O, sambo və dzüdo üzrə idman ustasıdır. Prezidentin karate üzrə qara kəməri də var.

Putin həm də dağ-xizək idmanı ilə məşğul olur. Bu idman növü üzrə onun məşqçisi SSRİ çempionu Leonid Tyaqaçev olub. Prezident həmişə doğma xizək aşırımlarına üstünlük verib. 2011-ci ildə o, Soçinin olimpiya obyekti olan «Krasnaya Polyana»da olub və xizəklə iki aşırımı aşıb.

Dövlət başçısının sevdiyi idman növlərindən biri də xokkeydir. Soçi olimpiadasının ildönümü günü dünya xokkeyinin əfsanəsi, 64 yaşlı Toni Espoziito Putinə qeyri-adi hədiyyə təqdim edib. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb ki, Kanadalı idmançı Prezidentə yağlı boya ilə işlənmiş «Putin-xokkeyçidir» tablosunu hədiyyə edib.

Prezidentin ardınca nazirlər, qubernatorlar və biznesmenlər də fəal şəkildə xokkeylə məşğul olmağa başlayıblar.

16 dekabr 2016-cı il tarixində özünün Yaponiyaya rəsmi səfəri zamanı Rusiya Prezidenti Vladimir Putin bu ölkənin Baş naziri Sindzo Abeni tatami üzərinə çıxmaqdan çəkindirib. İki ölkənin liderləri idmançıların nümayişkəranə çıxışlarını izləyiblər. Dzüdo ilə məşğul olmayan Yaponiya lideri jurnalistlərə etiraf edib ki, onun özü də bu «savaş»a qoşulmaq istəyib, ancaq Putin onu bu istəyindən çəkindirib.

«Mən, onun əlindən tutmuşdum» - deyə, Putin təsdiqləyib.

Mənbə: «DniRu»

Ruscadan çevirdi: Mirzə AĞ

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol