Menu

Cəlilabadda zəncirvari yol qəzası baş verib

27.01.2017, 21:48
Cəlilabadda zəncirvari yol qəzası baş verib

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun 133 km-də, Anderevka kəndindən keçən hissəsində qeydə alınıb.

Avtomobillərini dünkan qarşısında park edib alış-verişə gedən sürücülər bayıra çıxanda avtomobillərinin yarasız hala düşdüklərini görüblər. Görüntülər dükanın müşahidə kameralarına düşüb.

Bakı istiqamətində hərəkətdə olan “Laz Lifan” markalı "12-BD-564" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, 49 yaşlı, Biləsuvar sakini Mirzə Cəbi oğlu Məmmədov idarəetməni itirərək yolun solunda yerləşən dükanın qarşısındakı 3 avtomobilə çırpılıb.

Qəza nəticəsində hərəkətsiz olan “VAZ-2106” və “VAZ-2107” markalı üç maşın yarasız vəziyyətə düşüb. Xoşbəxtlikdən avtomobillərdə sərnişin olmadığından xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol