Menu

Tramp İŞİD-lə mübarizəyə artilleriya göndərir

27.01.2017, 22:14
Tramp İŞİD-lə mübarizəyə artilleriya göndərir

Ağ Ev Suriya və İraqda İŞİD-ə qarşı mübarizədə döyüş helikopterləri və artilleriyadan istifadə edə bilər. TASS xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.

Qəzetin məlumatına görə, hazırda Suriyanın şimalında İŞİD-ə qarşı döyüşən yerli dəstələr ABŞ-ın başçılıq etdiyi koalisiyadan yalnız hava dəstəyi görür.

Ancaq hələ seçkiöncəsi kampaniyasında Donald Tramp bəyan etmişdi ki, İŞİD-in məhv edilməsi üçün "gizli plan" var.

Məlumata görə, Tramp hərbi eskpertlərə terrorçularla mübarizədə yeni plan hazırlamaq üçün 30 gün vaxt verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol