Menu

İstanbul sahillərində quru yük gəmisi batır

27.01.2017, 22:30
İstanbul sahillərində quru yük gəmisi batır

İstanbulun Zeytunburnu limanında quru yük gəmisi batır.

Trend-in "Haberturk" telekanalına istinadən verdiyi məlumata görə, dəniz polisi və sahil mühafizəsi bütün zəruri tədbirləri görür.

Qeyd olunur ki, naməlum səbəblərdən gəmiyə su dolmağa başlayıb. Polisin məlumatına görə, göyərtədə ekipaj yoxdur və gəmidən SOS siqnalı daxil olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol