Menu

Gəncədə avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb

27.01.2017, 23:58

qeza piyadaHadisə Nəriman Nərimanov prospektində baş verib

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin Nəriman Nərimanov prospektində piyada yolu keçmək istəyərkən baş verib.

Vurulan şəxs 1974-cü il təvəllüdlü Kəlbəcər rayon sakini Çingiz Bağırovdur.

Yaralı ətrafdakıların köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Hadisə şahidlərinin dediyinə görə, piyadanı "Mercedes-Benz" markalı avtomobil vurub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol