Menu

Britaniya öz əsgərlərini müdafiə etmək üçün Ukraynaya hərbi gəmi göndərəcək

29.01.2017, 21:53
Britaniya öz əsgərlərini müdafiə etmək üçün Ukraynaya hərbi gəmi göndərəcək

HMS Diamond esminesi soyuq müharibədən sonra Qara dənizə daxil olacaq

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin raket silahı ilə təchiz olunmuş "HMS DİAMOND" eskadra mina gəmisi krallığın Ukraynada məxfi tapşırıq yerinə yetirən hərbçilərini qorumaq üçün sözügedən ölkənin sahillərinə yola düşmək barədə göstəriş alıb.

"Report" xəbər verir ki, bu barədə "The Daily Star" qəzeti yazıb.

Nəşrin məlumatına görə, Britaniyanın hərbi gəmisi "soyuq" müharibədən sonra ilk dəfə olaraq Qara dənizə daxil olacaq.

Qabaqcıl hava hücumundan müdafiə sistemi ilə təchiz edilmiş bu müasir gəminin Ukraynaya göndərilməsi əmrini baş nazir Tereza Mey verib.

Qəzet yazır ki, "HMS Diamond" Ukraynada məxfi təlimlərdə iştirak edən 650 britaniyalı hərbçinin müdafiə olunmasına kömək edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol