Menu

"KİV-lər yanlış məna çıxardıb" - Tramp

30.01.2017, 09:41
"KİV-lər yanlış məna çıxardıb" - Tramp

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, KİV-lər onun miqrasiya ilə bağlı fərmandan yalnış məna çıxardıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə D.Trampın yaydığı açıqlamada bildirilir.

Bəyanatda deyilir:

"Aydın demək istəyirəm ki, bu, KİV-lərin yalnış yaydığı kimi, müsəlmanlara qarşı yönələn qadağa deyil. Bu məsələ dinlə bağlı deyil. Ölkəmizdə terror və təhlükəsizlik məsələsidir. Dünyada 40-dan çox müsəlmanların çoxluq təşkil etdiyi ölkə mövcuddur və onlara bu fərmanın aidiyyatı yoxdur".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol