Menu

Azərbaycanlı politoloq Niderland deputatı ilə görüşüb

17.05.2014, 13:35
Azərbaycanlı politoloq Niderland deputatı ilə görüşüb

Niderlandda yaşayan həmyerlimiz, Niderland Jurnalistlər Birliyinin üzvü, politoloq Vüqar Abbasov bu ölkənin parlamentinin üzvü Mixel Servaeslə (Michiel Servaes) görüşüb.

Vüqar Abbasov görüşün yüksək səviyyədə keçdiyini bildirib: “Görüş müsahibə almaq məqsədi ilə keçirildi. Ancaq orda həm də Azərbaycan torpaqlarının ermənilər tərəfdən işğal olunması, Xocalı hadisələri və s. barədə müzakirələrimiz oldu. Mən cənab Servaesə bütün bu problemlərin Rusiya tərəfdən yaradıldığını bildirdim və istər onun, istərsə də digər avropalı siyasətçilərin tarixə yaxşı nəzər salmalarının lazım olduğuna diqqəti çəkdim. Qeyd etdim ki, necə ki, Ukraynada, Gürcüstanda, Moldavada baş verənlər Rusiyanın işğalçılıq siyasəti kimi dəyərləndirilir, eləcə də Azərbaycan ərazilərinin işğalına o cür baxmaq lazımdır”.

V.Abbas millət vəkilinin diqqətinə onu da çatdırıb ki, Ermənistan hər zaman Rusiyanın təsiri altında olub və bu gün də belədir.

“Misal olaraq martın 27-də Ermənistan BMT Baş Assambleyasının Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Krımdakı referendumu tanımamaqla bağlı irəli sürdüyü qətnamənin əleyhinə, Azərbaycanın isə leyhinə səs verməsini göstərdim. Xocalı hadisələrinin Niderland parlamentində müzakirə olunması və digər bu kimi məsələlər barədə də danışdıq” – deyə həmyerlimiz əlavə edib.

Müsahibə yaxın günlərdə həm Azərbaycan, həm də Niderland mətbuatında yayımlanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol