AzPolitika. info xarici KİV-ə istinadla xəbər verir ki, İraq parlamenti ABŞ vətəndaşlarının bu ölkəyə girişini qadağan edən qanun layihəsini təsdiqləyib.
Bağdadda bunu, Donal Trampın məlum fərmanına cavab adlandırıblar. Xəbər verildiyi kimi, ABŞ Prezidenti Donald Tramp bu günlərdə yeddi müsəlman dövlətinin (Yəmən, İraq, İran, Sudan, Liviya, Suriya və Somali) vətəndaşlarının bu ölkəyə girişini qadağan edib.
Bu qadağa, əlində vizası olan həmin ölkələrin vətəndaşlarına şamil olunur. «Politico» nəşri qeyd edir ki, hələlik İraq parlamentinin bu qərarın İraqla ABŞ-ın Mosulu azad etmək istiqamətindəki birgə əməliyyatlara necə təsir göstərəcəyi aydın deyil.

Şərhlər