ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən ictimaiyyətə açılan sənədlərdə terror təşkilatı PKK və erməni terror təşkilatı ASALA-nın 1980-ci illərdən ittifaq içində olduğu, birlikdə hücumlar həyata keçirdikləri və PKK-nın tərkibində ermənilərin də olduğu haqda məlumatlar yer alıb.Avropa.info xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən məxfiliyi qaldırılaraq dünya ictimaiyyətinin tanış olmasına icazə verilən sənədlərdə PKK və ASALA-nın adları birlikdə çəkilir. İki terror təşkilatı arasındakı əlaqənin 1980-ci illərdən etibarən MKİ-nin kəşfiyyat sənədlərində və terrorizm haqqındakı hesabatlarına əks olunduğu üzə çıxıb.
Bu sənədlər arasında diqqət çəkənlərdən biri 1984-cü ilin yanvar ayında hazırlanmış “Erməni Gizli Ordusu” adlı hesabatdır. Hesabatda, ASALA haqqında MKİ-nin verdiyi ətraflı məlumatlar və terror təşkilatının quruluşu ilə bağlı təhlillər aparılıb.
Hesabatın “Təşkilatın Dəyişən Taktikaları və Təşkilatçılığı” başlıqlı hissəsində PKK və ASALA-nın arasındakı əlaqə haqqında məlumat verilib.
Bu hissədə ASALA -nın PKK ilə ittifaq qurduğu və 1980-ci ilin noyabrında PKK ilə birlikdə Fransanın Strasburq şəhəri şəhərindəki Türk konsulluğuna hücum təşkil etdiyini bildirilir.
26 Avqust 1985-ci il tarixli sənəddə isə PKK ilə erməni milatanların əlaqəsi haqqında söhbət açılır.
“1984-ci ilin yayında PKK öz adamlarından, digər kürd və solçu qruplardan və bəzi erməni militanlardan ibarət olan HRK adlı bir təşkilat qurub” deyə hesabatda bildirilir.
Həmin sənəddə PKK-nın quruculuq və terror aktları həyata keçirmə məsələsində erməni terror təşkilatlarını özünə model olaraq seçdiyi qeyd olunur.


Şərhlər