Menu

Abe sülh müqaviləsini şəxsən Putinlə bağlamaq niyyətindədir

02.02.2017, 18:28

abe«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yaponiyanın Baş naziri Sindzo Abe bəyan edib ki, iki ölkə arasında sülh müqaviləsini şəxsən Rusiya Prezidenti Vladimir Putində bağlamaq niyyətindədir. Xəbəri «RİA Novosti» agentliyi yayıb.

«Mən, estafet çubuğunu ötürmək niyyətində deyiləm. İstərdim ki, süh müqaviləsini şəxsən Prezident Vladimir Putinlə imzalayım» - deyə, Abe qeyd edib.

Bundan başqa, Baş nazir bu mövzuda çıxışı zamanı əlavə edib ki, «70 il ərzində iki ölkə arasında sülh müqaviləsinin bağlanmaması anormal haldır».

Xatırladaq ki, Abe bundan əvvəl jurnalistlərə bəyan etmişdi ki, bu il ərzində Rusiyaya səfər etməyi planlaşdırır, həm də bunu mümkün qədər tez etmək istəyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol