İspaniya La Liqasında mövsümün sonuncu turunun oyunları davam edir."Qol.az"bildirir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutacaq. Bu gün bütün diqqətlər Barselonanın "Nou Kamp" stadionuna yönəlib. Çempionluq uğrunda yarışda "Barselona" və "Atletiko" (Madrid) klubları üz-üzə gəlib. Bu oyunda "Atletiko"nu bir xal da qane edəcəyi halda, "Barselona" çempion olmaq üçün mütləq qələbə qazanmalı idi.
Artıq İspaniya primerasında "Barselona"-"Atletiko" matçı başa çatıb. "Atletiko" çempiondur! "Barselona" - "Atletiko" (Madrid) matçında 2 qol vurulub.
Qol: Aleksis Sançes, 34 (1:0), Dieqo Qodin, 49 (1:1).
Çempionluq şanslarını itirən Madridin "Real" klubu evdə "Espanyol"la qarşılaşacaq. Digər görüşdə isə "Valensiya" klubu öz meydanında "Selta Viqo"nu sınağa çəkəcək.
Qeyd edək ki, La Liqada mövsümə sabah keçiriləcək 6 oyunla yekun vurulacaq.


Şərhlər