Menu

Tramp Rusiya əleyhinə sanksiyaları yumşaltmadığını bildirib

02.02.2017, 23:44

tramp-putinABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya ilə bağlı sanksiya rejimlərinin yumşaldılması haqqında qərar qəbul etməyib.

"Report" xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

"Mən heç nəyi yumşaltmamışam", - deyə o, "Harley-Davidson" şirkət nümayəndələriylə görüşün gedişatında Rusiya əleyhinə sanksiyaların yumşaldılması ilə bağlı jurnalistlərin suallarına cavab verərkən bildirib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin Sanksiyalaşdırma Bölməsi "Əsas lisenziya nömrə 1" adlı sənədi dərc edib. Sənəddə göstərilir ki, Amerika hakimiyyəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti barəsində sanksiya rejimini dəyişdirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol