Menu

Zaqatalada dağ başında yaşayan ailə - Video

03.02.2017, 00:30
Zaqatalada dağ başında yaşayan ailə - Video

Bir anlıq təsəvvür edək, elektrik enerjisi, mavi yanacaq, nəqliyyat, rabitə, internet olmayan vəhşi təbiət qoynunda nə qədər yaşaya bilərik?

Hətta bunu düşünmək belə insanı qorxudur. Robinzon Kruzo filmləri adamın ağlına gəlir. Ancaq bu, film deyil. Gerçək həyatdır. Təsəvvür edin ki, qəhrəmanımız uzun illərdir ki, ilin 4 fəslini vəhşi təbiət qoynunda, meşə massivində qarşılayıb, yola salır. Canavarlarla üzbəüz mübarizə aparır. Ən maraqlısı isə odur ki, mümkünsüz, olduqca qəribə eyni zamanda da maraqlı görünən bu həyat tərzi 65 yaşlı qadının öz seçimidir.

4 oğlu, bir qızı,11 nəvəsi olan Təzəgül Şebelova uzun illər Zaqatala rayonunun Yengiyan kənd Mədəniyyət evində çalışıb. 21 il öncə isə yerli əhalinin Əlikovxalı adlandırdıqları bu ərazidə gözətçi işləyən həyat yoldaşı ilə birgə yeni, fərqli bir həyata başlayır. Elə öz dili ilə desək, tarixə qovuşan keçmişi öz yaşam tərzində bir daha canlandırır. Lakin daha fərqli şəkildə.

Təzəgül Şebelova: “Əvvəl qoyun saxlayırdıq. Canavarlar dağıtdılar. Canavarlarla üz-üzə gəlirik. İlanlar da var. Hər şeyə sinə gəlirik. Kənd üçün darıxıram. Kəndə gedəndə uşaq kimi ağlayırlar ki, gedək ora. Əkinçiliklə məşğul oluram. Canavarlar mənə heç nə eləmir”.

Həyat yoldaşının vəfatından sonra qızı və iki nəvəsi ilə birgə yaşadıqları bu ərazi şəhər mərkəzindən 30-35 kilometr, ən yaxın yaşayış məskənindən isə 7-8 kilometr aralıda yerləşir. Kartof, soğan və digər vacib tərəvəz bitkilərini özləri becərən ailə yalnız digər vacib ərzaq, təsərrüfat və geyim məhsullarını almaq üçün vaxtaşırı 7-8 kilometr aralıda yerləşən Dağlı kəndinə üz tuturlar. Meşə massivindən və əkin çöllərindən keçən bu yolu piyada, bəzəndə atla keçən Təzəgül xanım və ailə üzvləri dəfələrlə canavar sürüsü ilə də qarşılaşıb. Təzəgül xanımın qızı, 16 və 12 yaşlı nəvələridə yaşıdlarından daha fərqli bu yaşam tərzinə alışıblar. Moti adlandırdıqları it ailənin ən vəfalı qoruyucusu, qırmızı at isə yeganə nəqliyyat vasitəsidir.(arb TV)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol