Menu

Moskva ətrafından 146 miqrant qovulub

18.05.2014, 10:04
Moskva ətrafından 146 miqrant qovulub

“Spartak” futbol klubunun tərəfdarının qətlindən sonra Moskvaətrafı ərazidə, Puşkin rayonunda aparılan yoxlama nəticəsində 140-a yaxın mühacir Rusiyadan deportasiya edilib.

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Rusiya Federal Miqrasiya Xidməti bildirib ki, 501 nəfər yoxlanılıb, onların 146-nın miqrasiya qanununu pozduğu müəyyənləşib. Məhkəmənin qərarı ilə 136 -ı ölkədən çıxarılıb.

Yoxlamanın yekununa əsasən, miqrasiya qanununu pozan 9 nəfər barədə cinayət işi açılıb.

Xatırladaq ki, mayın 14-də Puşkin rayonunun sakini 22 yaşlı Leonid Safyannikov aldığı ağır zərbələrdən sonra ölüb. Mayın 15-də Özbəkistan vətəndaşı Jahongir Əhmədov şübhəli şəxs qismində saxlanılıb. Məlumata görə, o, suçunu etiraf edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol