«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya tərəfi 2017-ci ilin sonuna qədər Su-35 çoxməqsədli qırıcıların ikinci partiyasını Çin hərbçilərinə təhvil verəcək.
4++ nəsil qırıcıların yerdə qalan 10 ədədi isə 2018- ci ildən gec olmayaraq çatdırılacaq.
Maşınların ilk dördünün təhvil verilməsi barədə 2016 -cı ilin sonunda xəbər yayılmışdı. Kontrakta əsasən, Çin tərəfi ümumilikdə, 4++ nəsil təyarələrindən 24 ədədini almalıdır. Bu sövdənin dəyəri 2 milyard dollardan artıq qiymətləndirilir.
Təyyarələrdən başqa, Çin həm də yerüstü avadanlıqlar və ehtiyat mühərriklər alacaq. Əldə olan son məlumatlar göstərir ki, kontraktın tam yerinə yetirilməsinə 3 il vaxt lazım gələcək.

Şərhlər